...

TQDK kolleclərə qəbul olmaq istəyən abituriyentlərə müraciət edib

Cəmiyyət Materials 10 Fevral 2014 11:36 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olmaq istəyən abituriyentlərə müraciət edib.
TQDK kolleclərə qəbul olmaq istəyən abituriyentlərə müraciət edib

Azərbaycan, Bakı, 10 fevral /Trend, müxbir İ.İsabalayeva/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olmaq istəyən abituriyentlərə müraciət edib.

Trend-in TQDK-nın saytına istinadən verdiyi məlumata görə, 9 illik bazadan kolleclərə qəbul qaydalarında müəyyən dəyişiklik edilib. Həmin dəyişikliyə əsasən, bu il buraxılış imtahanlarının nəticələri əsasında ümumi təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə müsabiqə aparılacaq.

Belə ki, 9-cu sinifi bitirən şagirdlərdən kolleclərin müsabiqəsində iştirak etmək istəyənlər buraxılış imtahanının nəticəsinə əsasən, ixtisas seçimi edə biləcəklər. Başqa sözlə, 9-cu sinifi bu il bitirən və kolleclərə qəbul olmaq istəyənlər üçün ayrıca imtahan keçirilməyəcək.

Orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasında ayrıca imtahan yalnız əvvəlki illərin məzunları (9-cu sinifi əvvəlki illərdə bitirənlər) üçün keçiriləcək. Həmin imtahanın iyun ayının 29-da keçirilməsi nəzərdə tutulur.

Kolleclərə ümumi orta təhsil bazasında (9 illik) qəbul imtahanlarında bütün abituriyentlərin (həm əvvəlki illərin məzunu olanlar, həm də 2014-cü ilin məzunları üçün) yalnız ana dili və riyaziyyat fənlərindən bilikləri yoxlanacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti