...

Qubada 100 min manatdan çox vəsaiti "əməkhaqqı" kimi verən təhsil şöbəsinin müdiri məhkəmə qarşısında cavab verəcək

Cəmiyyət Materials 27 Fevral 2014 16:20 (UTC +04:00)
Təhsil şöbəsinin müdiri barəsində olan cinayət işi baxılması üçün məhkəməyə göndərilib.
Qubada 100 min manatdan çox vəsaiti "əməkhaqqı" kimi verən təhsil şöbəsinin müdiri məhkəmə qarşısında cavab verəcək

Azərbaycan, Bakı, 27 fevral /Trend, müxbir İ.İzzət/

Təhsil şöbəsinin müdiri barəsində olan cinayət işi baxılması üçün məhkəməyə göndərilib.

Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində Quba rayon Təhsil şöbəsinin müdiri Süleyman Aslanovun qanunsuz hərəkətlərə yol verməsi faktlarına görə başlanmış cinayət işinin istintaqı yekunlaşıb.

Aparılmış istintaqla S.Aslanovun qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq saxta diplomlar əsasında Quba rayon sakinlərinin rayonun orta və tam orta məktəblərinə müəllim təyin edilməsinə nail olmaqla həmin şəxslər tərəfindən keyfiyyətsiz tədris aparılmasında, həmçinin dövlət büdcəsindən təhsilin maliyyələşdirilməsi üçün ayrılmış 103 min 455 manat məbləğində vəsaitin əmək haqqı kimi onlara qanunsuz olaraq verilməsinə şərait yaradaraq təhsil sistemini nüfuzdan salan hərəkətləri ilə dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmasında şübhələr üçün əsaslar olduğundan o, iş üzrə Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib.

Cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti