...

Azərbaycanda 11 nömrəli Xüsusi internat məktəbinin adı dəyişdirilib

Cəmiyyət Materials 3 Mart 2014 10:27 (UTC +04:00)
Azərbaycan Nazirlər Kabinetinin qərarı ilə 11 nömrəli Xüsusi internat məktəbinin adı dəyişdirilib.
Azərbaycanda 11 nömrəli Xüsusi internat məktəbinin adı dəyişdirilib

Azərbaycan, Bakı, 3 mart /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Nazirlər Kabinetinin qərarı ilə 11 nömrəli Xüsusi internat məktəbinin adı dəyişdirilib.

Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, Təhsil Nazirliyinin 11 nömrəli Xüsusi internat məktəbi 11 nömrəli İnteqrasiya təlimli internat məktəbi adlandırılacaq.

Nazirlər Kabinetinin 2011-ci il 15 iyul tarixli 118 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nda edilən dəyişikliyə əsasən, 11 nömrəli İnteqrasiya təlimli internat məktəbinin maliyyələşdirilməsi dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərinin "Təhsil" bölməsində Təhsil Nazirliyi üçün nəzərdə tutulmuş vəsait hesabına həyata keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti