...

Sabah Bakıda havanın maksimal temperaturu 8 dərəcə olacaq

Cəmiyyət Materials 7 Mart 2014 12:33 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 mart /Trend, müxbir İ.İsabalayeva/

Sabah Bakıda havanın maksimal temperaturu 8 dərəcə olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova Trend-ə bildirib ki, martın 8-də Bakıda və Abşeron yarımadasında əsasən axşam və gecə havanın bəzi yerlərdə yağıntılı, gündüz isə dəyişkən buludlu olacağı gözlənilir. Güclü şimal-qərb küləyi axşama doğru mülayimləşəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 2-4, gündüz 6-8 dərəcə isti proqnozlaşdırılır.

Azərbaycanın rayonlarında martın 8-də gündüz yağıntının tədircən kəsiləcəyi gözlənilir. Bəzi yerlərdə duman müşahidə ediləcək. Qərb küləyi əsəcək.

Aran rayonlarında havanın temperaturu gecə 2-7, gündüz 11-16 dərəcə isti olacaq. Dağlarda temperaturunun gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 1-6 dərəcə isti olacağı proqnozlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti