...

Bakıda Azərbaycanın KOICA ilə əməkdaşlığının perspektivləri müzakirə olunacaq

Cəmiyyət Materials 11 Mart 2014 17:24 (UTC +04:00)
Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) prezidenti Kim Yon Mok və onu müşayiət edən nümayəndə heyəti martın 18-də Bakıya birgünlük səfər edəcək.
Bakıda Azərbaycanın KOICA ilə əməkdaşlığının perspektivləri müzakirə olunacaq

Azərbaycan, Bakı, 11 mart /Trend/

Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) prezidenti Kim Yon Mok və onu müşayiət edən nümayəndə heyəti martın 18-də Bakıya birgünlük səfər edəcək.

KOICA-nın Bakı nümayəndəliyindən Trend-ə bildiriblər ki, səfər zamanı Azərbaycanın Agentliklə əməkdaşlığının perspektivləri müzakirə olunacaq.

Nümayəndəlikdən deyiblər ki, səfərin məqsədi KOICA-nın Azərbaycandakı fəaliyyəti və layihələrinin gedişatı ilə tanış olmaq, müvafiq dövlət rəsmiləri ilə görüşlər keçirməkdir.

Bundan əlavə, KOICA-nın Təhsil İnformasiya Sisteminin yaradılması üzrə qrant layihəsini həyata keçirdiyi Azərbaycan Texniki Universitetində K.Y.Mokun təltif olunma mərasiminin təşkili də nəzərdə tutulur.

Qeyd edək ki, KOICA-nın Azərbaycana yardımları 1994-cü ildə başlayıb, təşkilatın Bakı nümayəndəliyi isə 2009-cu ildə açılıb.

KOICA Azərbaycanda bəziləri uğurla tamamlanmış qrant layihələri həyata keçirməkdədir. Yeni layihələrlə bağlı müzakirələr isə davam edir. Bundan başqa, təşkilat hər il azərbycanlı dövlət qulluqçuları və tələbələri üçün Koreyada təlim proqramları və təqaüd imkanları da təklif edir.

KOICA-nın 43 ölkədə nümayəndəliyi var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti