...

Hərbi-Dəniz Qüvvələrinin sabiq komandan əvəzinə ittiham irəli sürülərək saxlanılıb

Cəmiyyət Materials 4 Aprel 2014 14:07 (UTC +04:00)
Hərbi Dəniz Qüvvələrinin (HDQ) sabiq Qərargah rəisi, HDQ-nin keçmiş komandanı vəzifəsini icra edən I dərəcəli kapitan (polkovnik) Yunus Məmmədov saxlanılıb.
Hərbi-Dəniz Qüvvələrinin sabiq komandan əvəzinə ittiham irəli sürülərək saxlanılıb

Azərbaycan, Bakı, 4 aprel /Trend, müxbir İ.İzzət/

Hərbi Dəniz Qüvvələrinin (HDQ) sabiq Qərargah rəisi, HDQ-nin keçmiş komandanı vəzifəsini icra edən I dərəcəli kapitan (polkovnik) Yunus Məmmədov saxlanılıb.

Faktı Trend-ə Müdafiə Nazirliyinin mətbuat xidmətindən də təsdiqləyiblər.

Qeyd edilir ki, HDQ-da baş verən maliyyə pozuntuları və Nizamnamədən kənar hərəkətlərlə bağlı aparılan yoxlamalar çərçivəsində Yunus Məmmədov aprelin 3-də istintaqa çağırılaraq ona qarşı ittiham elan olunub. Bundan sonra onun saxlanması ilə bağlı qərar verilib.

Xatırladaq ki, bir neçə gün əvvəl HDQ-nin komandanı vəzifəsini icra edən, hərbi birləşmənin qərargah rəisi, I dərəcəli kapitan Yunus Məmmədov işdən çıxarılaraq sərəncama göndərilmişdi.

HDQ-nin qərargah rəisi vəzifəsinə isə II dərəcəli kapitan (polkovnik-leytenant) Şahin Məmmədov təyin olunub. O, həm də HDQ-nin komandanı vəzifəsini icra edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti