...

“Yurd TV” və “Region TV”-nin birləşəcəyi barədə yayılan məlumatlara rəsmi aydınlıq gətirildi

Cəmiyyət Materials 11 Aprel 2014 12:17 (UTC +04:00)
"Bəzi elekron media orqanlarında "Yurd TV"-nin "Region TV" ilə birləşdirilməsi ilə bağlı yayılan xəbərlər əsassızdır".
“Yurd TV” və “Region TV”-nin birləşəcəyi barədə yayılan məlumatlara rəsmi aydınlıq gətirildi

Azərbaycan, Bakı, 11 aprel /Trend, müxbir E.Mehdiyev/

"Bəzi elekron media orqanlarında "Yurd TV"-nin "Region TV" ilə birləşdirilməsi ilə bağlı yayılan xəbərlər əsassızdır". Bu bardə Trend-ə "Region TV"-nin Media Mərkəzinin direktoru Elnur Şibliyev məlumat verib.

E.Şibliyev qeyd edib ki, "Yurd TV" və "Region TV" bir-birindən tamamilə fərqli media qurumlarıdır: "Yurd TV"nin yayımını internet vasitəsi ilə həyata keçirdiyini nəzərə alsaq, görərik ki, bu kanalın "Region TV" ilə birləşdirilməsi qeyri-mümkündür və absurddur. Bununla bağlı yayılan məlumatlar da heç bir həqiqəti əks etdirmir".

"Region TV"-nin Media Mərkəzinin direktoru onu da qeyd edib ki, "Yurd TV"-də kifayət qədər peşəkar kadr çalışır: "Təbii ki, "Region TV" də digər telekanallar kimi ehtiyac yaranarsa, həmin işçilərlə əməkdaşlıq edə bilər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti