...

Azərbaycanda builki buraxılış sinif şagirdləri haqqında məlumatlar aprelin 30-dək TQDK-nın sisteminə daxil edilməlidir

Cəmiyyət Materials 14 Aprel 2014 17:05 (UTC +04:00)
Azərbaycanda orta məktəblərin builki buraxılış sinif şagirdləri haqqında məlumatlar aprelin 30-dək "Şagird-məzun" sisteminə daxil edilməlidir.
Azərbaycanda builki buraxılış sinif şagirdləri haqqında məlumatlar aprelin 30-dək TQDK-nın sisteminə daxil edilməlidir

Azərbaycan, Bakı, 14 aprel /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda orta məktəblərin builki buraxılış sinif şagirdləri haqqında məlumatlar aprelin 30-dək "Şagird-məzun" sisteminə daxil edilməlidir.

Trend Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) rəsmi saytına istinadən bildirir ki, ümumtəhsil müəssisələrinin 2013/2014-cü tədris ili buraxılış sinif şagirdlərinin ali və orta ixtisas təhsili müəssisələrinə elektron ərizələrinin qəbulu yalnız "Şagird-məzun" sisteminə daxil edilmiş məlumatlar əsasında təsdiq edilir.

Bunu nəzərə alaraq, şəhər (rayon) təhsil şöbələri və ümumtəhsil müəssisələrinin əlaqələndiriciləri daxil edilməmiş məlumatları "Şagird-məzun" sisteminə əlavə etməli və təsdiqləməlidirlər.

TQDK-dan bildirilib ki, indiyədək 203 906 buraxılış sinif şagirdinin 86,98 faizi haqqında məlumatlar sistemə daxil edilərək təsdiqlənib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti