...

Azərbaycanda ali məktəblərə imtahansız qəbul olmaq üçün sənəd verən abituriyentlərin sayı açıqlandı

Cəmiyyət Materials 8 May 2014 11:09 (UTC +04:00)
2014/2015-ci tədris ili üçün Azərbaycanın ali məktəblərinə müsabiqədənkənar qəbul olmaq üçün 62 nəfər sənəd verib.
Azərbaycanda ali məktəblərə imtahansız qəbul olmaq üçün sənəd verən abituriyentlərin sayı açıqlandı

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 8 may /Trend, müxbir İ.İsabalayeva/

2014/2015-ci tədris ili üçün Azərbaycanın ali məktəblərinə müsabiqədənkənar qəbul olmaq üçün 62 nəfər sənəd verib. Bunu Trend-ə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə deyib.

Komissiya rəsmisinin sözlərinə görə, "Təhsil haqqında" qanuna əsasən, dünya fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların qalibləri müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunurlar. Bu il ali məktəblərə müsabiqədənkənar qəbul olmaq üçün sənəd verənlərin sayı çox olsa da, ilkin mərhələdə onlardan 62-nin sənədi qəbul edilib. Həmin abituriyentlərin 60-ı idman yarışlarının qalibləri, 1-i incəsənət müsabiqəsinin, 1-i isə riyaziyyat fənni üzrə dünya fənn olimpiadasinin qalibidir.

Qeyd edək ki, Azərbaycanda ali və tam orta təhsil bazasından ali və orta ixtisas məktəblərinə qəbul imtahanları əvvəlki illərin məzunları üçün II və III ixtisas qrupları üzrə mayın 11-də, I və IV qruplar üzrə mayın 18-də olacaq. Bu ilin məzunları üçün qəbul imtahanları isə I və IV qruplar üzrə iyulun 12-də, II və III qruplar üzrə iyulun 20-də keçiriləcək.

2014-2015-ci tədris ili üçün ali və tam orta təhsil bazasından orta ixtisas məktəblərinə qəbul olmaq üçün 97 321 nəfər abituriyent sənəd verib. Abituriyentlərin 88 559-u Azərbaycan, 8762-si isə rus bölməsinin məzunudur. Abituriyentlərin 35 562-si I, 23 475-i II, 26 167-si III, 12 117-si isə IV ixtisas qrupuna sənəd verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti