...

"Region" TV ümumrespublika yayımına başlayır

Cəmiyyət Materials 9 May 2014 11:41 (UTC +04:00)
Mayın 10-da Azərbaycanın 10-cu müstəqil telekanalı "Region" TV ümumrespublika yayımına start verirəcək.
"Region" TV ümumrespublika yayımına başlayır

Azərbaycan, Bakı, 9 may /Trend/

Mayın 10-da Azərbaycanın 10-cu müstəqil telekanalı "Region" TV ümumrespublika yayımına start verirəcək.

"Region" TV-nin Media Mərkəzindən Trend-ə bildiriblər ki, ümummilli lider Heydər Əliyevin doğum gününə təsadüf edən ölkənin ilk teleşəbəkəsinin açılışı Bakı vaxtı ilə saat 07:00-da baş tutacaq.

Hazırda "Region" TV-ni açıq - rəqəmsal yayımda Bakı və Abşeron yarımadasında izləmək mümkündür. Eyni zamanda KTV, Ailə TV, ATV+ kabel operatorlarında telekanalın yayımı həyata keçirilir. Yaxın günlərdə Connect Tv və BBTV-də də "Region" TV-ni izləmək mümkün olacaq. Telekanal həmçinin, Azersat -1 milli peyki vasitəsi ilə də yayımını həyata keçirir. Bölgələrdə isə yayım analoq rejimində həyata keçirlir. Yaxın 2 ay ərzində "Region" TV teleşəbəkəsinə daxil olan bütün regional telekanalların yayımı rəqəmsal formata keçəcək.

"Region" TV-nin kollektivi cəmi 2 ay müddətində ümumrespublika yayımını həyata keçirmək üçün bütün lazımi hazırlıq prosesini keçib və artıq açılışa tam hazırdır. Hazırlıq mərhələsini uğurla başa vuran telekanal gələcəkdə efir məkanımızı yeni və fərqli layihələrlə bəzəməyi də planlaşdırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti