...

Azərbaycanın şən və hazırcavablarının yarışmasına xarici komandalar da qatılacaq

Cəmiyyət Materials 15 May 2014 16:05 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 may /Trend, müxbir İ.İzzət/

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə 16 may 2014-cü il tarixdə şən və hazırcavablar klubu (ŞHK) üzrə Azərbaycan ŞHK Liqası mövsümünün açılışı, eyni zamanda 1/8 final mərhələsi keçiriləcək.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, oyunda aşağıda adları çəkilən xarici komandalarla yanaşı, milli komandalar da yarışacaq:

Banket aparıcılarının Yığması (Rusiya, Kazan);

Çeçenistan Respublikasının Yığması (Rusiya);

Estoniya Yığması (Estoniya);

Dağıstan Yığması (Rusiya);

Qırğızstan Yığması (Qırğızstan);

SV (Qazaxstan);

Xabarovsk vilayətinin Yığması (Rusiya);

Sərbəst güləş üzrə MDB Yığması (Rusiya);

Bakı Yığması (Bakı şəhəri);

Avtobus nömrə 7 (Sumqayıt şəhəri);

Zapad (Qərb Universiteti);

Kuraj (Bakı Slavyan Universiteti);

Miraj (Bakı Slavyan Universiteti);

Çak Norris (Azərbaycan Memarlıq və İnşaat Universiteti);

Fleş Royal (M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı);

Azərbaycan Dillər Universitetinin Yığması (Azərbaycan Dillər Universiteti);

Bakı Dövlət Universitetinin Yığması (Bakı Dövlət Universiteti);

İqtisad Universitetinin Yığması (Azərbaycan Dövlət İqtisad Universiteti);

Abşeron KVN komandası (Bakı şəhəri).

Qeyd edək ki, Yaşıl Teatr Bakı Konsert Kompleksində baş tutacaq oyunun aparıcısı Aleksandr Maslyakov (oğul) olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti