...

Ədliyyə Nazirliyi: Azərbaycanda bəzi bələdiyyələrdə vəsaitlər düzgün istifadə edilmir

Cəmiyyət Materials 19 May 2014 10:57 (UTC +04:00)
Azərbaycanda bəzi bələdiyyələr tərəfindən vəsaitlərin düzgün istifadə olunmaması hallarına rast gəlinir. Bunu Trend-ə açıqlamasında Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəisi, III dərəcəli dövlət ədliyyə müşaviri, ədliyyə general-mayoru Mehdi Səlimzadə deyib.
Ədliyyə Nazirliyi: Azərbaycanda bəzi bələdiyyələrdə vəsaitlər düzgün istifadə edilmir

Azərbaycan, Bakı, 19 may /Trend, müxbir İ.İzzət/

Azərbaycanda bəzi bələdiyyələr tərəfindən vəsaitlərin düzgün istifadə olunmaması hallarına rast gəlinir. Bunu Trend-ə açıqlamasında Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəisi, III dərəcəli dövlət ədliyyə müşaviri, ədliyyə general-mayoru Mehdi Səlimzadə deyib.

Mərkəzin rəisinin sözlərinə görə, aparılan təhlillər göstərir ki, artıq əvvəlki illərlə müqayisədə Azərbaycanda bələdiyyələrin işindəki nöqsanlar azalmağa doğru gedir. Lakin yenə də bəzi səhlənkarlıqlara yol verilir: "Əvvəlki illərdə torpaq satışı, mülkiyyətin idarə olunması ilə əlaqədar ciddi qanun pozuntusu vardısa, indi onlar tədricən aradan qalxmaq üzrədir. İndi də bəzi hallarda səhlənkarlığa yol verilir. Hazırda bələdiyyələr tərəfindən əsasən vəsaitlərin düzgün istifadə olunmaması hallarına rast gəlinir. Güman edirəm ki, bu nöqsanlar da yaxın gələcəkdə aradan qaldırılacaq".

M.Səlimzadə qeyd edib ki, əvvəlki illərdən fərqli olaraq artıq bələdiyyələrlə rayon İcra hakimiyyətləri arasında ciddi anlaşılmazlıq qeydə alınmır: "Sadəcə bəzi yerlərdə işin birgə təşkilində müəyyən problemlər yaranır. Biz onların aradan qaldırılması üçün müəyyən tövsiyələr veririk. Amma indi artıq yerli özünüidarə sahəsində bələdiyyələrlə icra strukturları arasında münasibətlərin qurulmasında böyük idarəçilik təcrübəsi əldə olunub. Ona görə də elə bir ciddi problem görünmür".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti