Azərbaycan, Bakı, 23 may /Trend/
Mayın 23-də "AZERNEWS" onlayn qəzetinin növbəti nəşri çapdan çıxıb.
Trend-in məlumatına görə, qəzetin yeni sayında oxucular Iran və altılıq ölkələri arasında keçirilən sonuncu nüvə danışıqlarının nəticələri, Ermənistanın Avropa İttifaqına qoşulmaq niyyətləri, 21-ci əsrdə jurnalistikada yeni tendensiya - robot jurnalistikası, Azərbaycanlı gimnastların eksklüziv müsahibəsi, Azərbaycanda Sovet dövrünü xatırladan əsrarəngiz İvanovka kəndi və digər məqalələrlə tanış ola bilərlər.
"AZERNEWS" Ümumdünya Qəzet və Qəzet Naşirləri Assosiasiyasının (WAN-IFRA) assosiativ üzvüdür.
Onlayn qəzeti oxumaq üçün www.azernews.az ünvanına keçə bilərsiniz.