...

Bakı Şəhəri üzrə Təhsil İdarəsi müəllimlərin sınaq qiymətləndirilməsi ilə bağlı keçirdiyi görüşləri başa çatdırıb

Cəmiyyət Materials 23 May 2014 16:59 (UTC +04:00)
Bakı Şəhəri üzrə Təhsil İdarəsi paytaxtın orta məktəb müəllimlərinin sınaq qiymətləndirilməsi ilə bağlı keçirdiyi görüşləri başa çatdırıb.
Bakı Şəhəri üzrə Təhsil İdarəsi müəllimlərin sınaq qiymətləndirilməsi ilə bağlı keçirdiyi görüşləri başa çatdırıb

Azərbaycan, Bakı, 23 may /Trend, müxbir İ.İsabalayeva/

Bakı Şəhəri üzrə Təhsil İdarəsi paytaxtın orta məktəb müəllimlərinin sınaq qiymətləndirilməsi ilə bağlı keçirdiyi görüşləri başa çatdırıb.

İdarədən Trend-ə verilən məlumata görə, təhsil nazirinin müvafiq əmrinə əsasən, Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən iyun ayında keçirilməsi nəzərdə tutulan paytaxtın ümumtəhsil məktəblərində çalışan müəllimlərin bilik və səriştəsinin sınaq qiymətləndirilməsi ilə bağlı hazırlıqlar davam etdirilir.

Bu məqsədlə Bakının 12 rayonunda keçirilməsi nəzərdə tutulan görüşlər artıq yekunlaşıb.

Hazırlıqların tərkib hissəsi olan görüşlərdə Səbail, Yasamal, Xətai, Suraxanı, Sabunçu, Pirallahı, Nərimanov, Xəzər, Nəsimi, Nizami, Qaradağ və Binəqədi rayonları ümumtəhsil məktəblərində çalışan müəllimlər iştirak ediblər.

Bakı şəhəri dövlət ümumtəhsil məktəblərində 19-24 may tarixlərində baş tutan görüşlərdə müəllimlərin sualları operativ olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəsmi nümayəndələri tərəfindən cavablandırılıb, sınaq qiymətləndirmənin məqsəd və mahiyyəti barədə məlumat verilib və bu mövzuda çıxan problemlərə fərdi yanaşılıb.

Sınaq qiymətləndirmə ilə bağlı müəllimlər əsasən sualların necə olacağı, qoşa fənlərdən dərs deyən müəllimlərin hansı fəndən qiymətləndirmədən keçəcəkləri, nəticələrin necə elan olunacağı, qiymətləndirmədən sonra nəticəsi yüksək olan müəllimllər üçün stimullaşdırıcı tədbirlərin nədən ibarət olacağı, qiymətləndirmədə zəif nəticə göstərən müəllimlər üçün kursların necə təşkil ediləcəyi ilə maraqlanıblar.

Qeyd edək ki, müəllimləri maraqlandıran suallar 19-23 may tarixlərində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin "facebook" səhifəsində də cavablandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti