Azərbaycan, Bakı, 30 may /Trend/
Mayın 30-da "AZERNEWS" onlayn qəzetinin növbəti nəşri çapdan çıxıb.
Trend-in məlumatına görə, qəzetin yeni sayında oxucular Gürcüstanın Azərbaycan və Türkiyəni üçtərəfli formatda müdafiə əməkdaşlığını intensivləşdirməyə çağırması, Azərbaycanın odadavamlı evlərin tikintisində istifadə olunan sandviç panel istehsalına başlamaq niyyəti, Bakının ilanlar üçün ov elan etməsi, İçərişəhərin bir günlük Avropa şəhərciyinə çevriləcəyi, həmçinin yəhudilərin Azərbaycanda unikal qəsəbəsi - Krasnaya Sloboda və digər məqalələrlə tanış ola bilərlər.
"AZERNEWS" Ümumdünya Qəzet və Qəzet Naşirləri Assosiasiyasının (WAN-IFRA) assosiativ üzvüdür.
Onlayn qəzeti oxumaq üçün www.azernews.az ünvanına keçə bilərsiniz.