...

Azərbaycan-Türk Kültür Dərnəyinin rəhbəri: Niderlandda erməni diasporunun üzvləri arasında narazılıqlar yaranıb

Cəmiyyət Materials 5 İyun 2014 15:23 (UTC +04:00)
Niderlandda erməni diasporunun üzvləri arasında narazılıqlar yaranıb. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında Niderlandda fəaliyyət göstərən Azərbaycan-Türk Kültür Dərnəyinin rəhbəri İlhan Aşkın deyib.
Azərbaycan-Türk Kültür Dərnəyinin rəhbəri: Niderlandda erməni diasporunun üzvləri arasında narazılıqlar yaranıb

Azərbaycan, Bakı, 5 iyun /Trend/

Niderlandda erməni diasporunun üzvləri arasında narazılıqlar yaranıb. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında Niderlandda fəaliyyət göstərən Azərbaycan-Türk Kültür Dərnəyinin rəhbəri İlhan Aşkın deyib.

İ.Aşkın ermənilərin Almelo şəhərində abidə tikməsinə qarşı izdihamlı mitinqin keçirilməsinin, eləcə də yerli bələdiyyəyə davamlı olaraq etiraz məktublarının göndərilməsinin artıq yerli ictimaiyyətdə müəyyən reaksiyalara səbəb olduğunu, hətta ermənilərin öz arasında narahatlıq yaratdığını deyib.

Onun sözlərinə görə, bir neçə gün öncə təşkil edilən mitinqdə 9 minə qədər insan iştirak edib: "Bu mitinqdən sonra şəhərdəki kilsədə konstruktiv və radikal erməni diaspor nümayəndələri arasında narazılıq yaranıb. Konstruktiv erməni diaspor nümayəndələri hesab edirlər ki, şəhərdə qondarma "erməni soyqırımı" abidəsini qoymaqla Azərbaycan və Türkiyə diaspor üzvlərini aktivləşdiriblər. Onlar hesab edirlər ki, türklər qondarma "erməni soyqırımı"na dair abidənin götürülməsinə nail olacaqlar".

İ.Aşkın deyib ki, öncə abidədə soyqırım sözü yazılmışdı, lakin türk diasporunun kəskin etirazlarından sonra abidədən bu söz götürüldü: "Bizim vəkillərimiz işləyir. İnanırıq ki, danışıqların nəticəsi olaraq Almelo şəhərində qondarma "erməni soyqırımı" abidəsinin götürülməsinə nail olacağıq".

Azərbaycan-Türk Kültür Dərnəyinin rəhbəri həmçinin bildirib ki, Niderlandda Xocalı soyqırımına dair ikinci abidənin qoyulması üçün danışıqlar aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti