...

Quram Odişariya: Gürcüstanda Azərbaycan ədəbiyyatını çox sevirlər

Cəmiyyət Materials 18 İyun 2014 13:11 (UTC +04:00)
Gürcüstanda Azərbaycan ədəbiyyatını çox sevirlər. Trend-in məlumatına görə, bunu Gürcüstanın mədəniyyət və abidələrin mühafizəsi naziri Quram Odişariya Azərbaycan Yazıçılar Birliyinin 80 illik yubleyinə həsr olunmuş tədbirdə deyib.
Quram Odişariya: Gürcüstanda Azərbaycan ədəbiyyatını çox sevirlər

Azərbaycan, Bakı, 18 iyun /Trend, müxbir Elçin Mehdiyev/

Gürcüstanda Azərbaycan ədəbiyyatını çox sevirlər. Trend-in məlumatına görə, bunu Gürcüstanın mədəniyyət və abidələrin mühafizəsi naziri Quram Odişariya Azərbaycan Yazıçılar Birliyinin 80 illik yubleyinə həsr olunmuş tədbirdə deyib.

Bütün gürcü yazıçılar adından Azərbaycan yazıçılarını yubiley münasibəti ilə təbrik edən gürcüstanlı nazir qeyd edib ki, Azərbaycan xalqının böyük şairləri və yazıçıları var.

Nazir bildirib ki, məhz bu səbəbdən Gürcüstanda azərbaycan ədəbiyyatına böyük sevgi və rəğbət var. Q.Odişariya əlavə edib ki, Gürcüstanda Mirzə Fətəli Axundovun ev-muzeyi fəaliyyət göstərir və insanlar daim o muzeyi çox böyük maraqla ziyarət edirlər.

Azərbaycan və Gürcüstan yazıçıları arasında səmərəli əməkdaşlığın olduğunu deyən nazir bildirib ki, bu əməkdaşlıq daim inkişaf edir və hər iki ölkənin yazıçıları bir-birilərinə dəstək göstərirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti