...

"AZERNEWS" qəzetinin növbəti nəşri çapdan çıxıb

Cəmiyyət Materials 25 İyun 2014 11:05 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 iyun /Trend/

İyunun 25-də "AZERNEWS" onlayn qəzetinin növbəti nəşri çapdan çıxıb.

Trend-in məlumatına görə, qəzetin yeni sayında oxucular Azərbaycanda bank sektorunun inkişaf dinamikasının sabit qalması, ölkədə avtomobillərin idxalının azalması, Ermənistan hökumətinin qeyri-mümkün hədəflər haqqında xəyalları, qarşıdan gələn Bakı Moda Həftəsi, Azərbaycanın Expo Milano 2015 sərgisində təmsil olunması və digər məqalələrlə tanış ola bilərlər.

"AZERNEWS" Ümumdünya Qəzet və Qəzet Naşirləri Assosiasiyasının (WAN-IFRA) assosiativ üzvüdür.

Onlayn qəzeti oxumaq üçün www.azernews.az ünvanına keçə bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti