...

Müdafiə naziri Silahlı Qüvvələrin Baş Klinik Hospitalında olub (FOTO)

Cəmiyyət Materials 25 İyun 2014 14:36 (UTC +04:00)
İyunun 25-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun başçılığı ilə nazirliyin rəhbər heyəti 26 İyun - Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü münasibəti ilə Silahlı Qüvvələrin Baş Klinik Hospitalında olublar.
Müdafiə naziri Silahlı Qüvvələrin Baş Klinik Hospitalında olub (FOTO)

Azərbaycan, Bakı, 25 iyun /Trend/

İyunun 25-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun başçılığı ilə nazirliyin rəhbər heyəti 26 İyun - Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü münasibəti ilə Silahlı Qüvvələrin Baş Klinik Hospitalında olublar.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, nazirliyin rəhbərliyi ümummilli liderimiz Heydər Əliyevin hospitalın ərazisindəki abidəsi önünə gül dəstəsi qoyaraq, öz ehtiramlarını ifadə ediblər.

Sonra müdafiə naziri hospitalda müalicə alan əsgər və zabitlərin səhhətləri ilə maraqlanıb, onları Silahlı Qüvvələr Günü münasibəti ilə təbrik edərək hədiyyələr təqdim edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti