Azərbaycan, Bakı, 11 iyul /Trend/
İyulun 11-də "AZERNEWS" onlayn qəzetinin növbəti nəşri çapdan çıxıb.
Trend-in məlumatına görə, qəzetin yeni sayında oxucular Dünya Bankının Azərbaycala bağlı hesabatı, Ermənistanın "soyqırımı" xülyasının Fransada məhv olması, Dağlıq-Qarabağ münaqişəsinin həlli ilə bağlı ekspert rəyləri, Bakıda ilan sancmalarının artması, Bakı çimərliklərində istirahət və digər məqalələrlə tanış ola bilərlər.
"AZERNEWS" Ümumdünya Qəzet və Qəzet Naşirləri Assosiasiyasının (WAN-IFRA) assosiativ üzvüdür.
Onlayn qəzeti oxumaq üçün www.azernews.az ünvanına keçə bilərsiniz.