...

Azərbaycanda narkotiklərin qanunsuz dövriyyəsinə görə 1200-dən çox şəxs cinayət məsuliyyətinə cəlb edilib

Cəmiyyət Materials 12 İyul 2014 12:56 (UTC +04:00)
2014-cü ilin 6 ayı ərzində ölkə üzrə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizənin nəticələrinə dair məlumat açıqlanıb.
Azərbaycanda narkotiklərin qanunsuz dövriyyəsinə görə 1200-dən çox şəxs cinayət məsuliyyətinə cəlb edilib

Azərbaycan, Bakı, 12 iyul /Trend, müxbir İlkin İzzət/

2014-cü ilin 6 ayı ərzində ölkə üzrə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizənin nəticələrinə dair məlumat açıqlanıb.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından Trend-ə verilən məlumata görə, 2014-cü ilin 6 ayı ərzində ölkədə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin nəticələri Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunda ümumiləşdirilib.

Belə ki, cari ilin ötən 6 ayı ərzində narkotiklərlə mübarizə sahəsində hüquq-mühafizə orqanları tərəfindən 1884 fakt aşkar edilib ki, onlardan 514 satış, 1271 saxlama, 92 əkin, 7 digərləri təşkil etmişdir. Aşkar edilmiş faktlar üzrə ümumi çəkisi 748 kq 020,56 qr müxtəlif növ narkotik vasitələr müsadirə olunaraq qanunsuz dövriyyədən çıxarılıb.

Müsadirə olunan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının 92 kq 633,331 qr həşiş, 202 kq 950,059 qr heroin, 149 kq 131,438 qr tiryək, 278 kq 505,9 qr marixuana, 2 kq 016,654 qr psixotrop maddə, 0,1 qr prekusor və 22 kq 937,130 qr digərləri təşkil edib.

Həmçinin "Xaş-Xaş" 2014 şərti adı altinda həyata keçirilən tədbirlər nəticəsində qəsdən əkilib becərilən və yabanı halda bitmiş 111 ton 158 kq 534 qr narkotik tərkibli bitkilər yaşıl kütlə halında aşkar olunaraq məhv edilib.

Cinayət məsuliyyətinə cəlb edilən 1242 nəfərdən 34 nəfəri xarici ölkə vətəndaşları olub ki, onlardan 170 kq artıq müxtəlif növ narkotik vasitələr götürülüb. Əcnəblərdən 1-i Litva, 6-sı Rusiya Federasiyası, 13-ü İran İslam və 14-ü Gürcüstan Respublikasının vətəndaşları olub.

Təqdim olunan hesabatlarda Daxili İşlər Nazirliyi tərəfindən görülmüş kompleks tədbirlər nəticəsində narkotik vasitlərlə bağlı 1743 fakt üzrə 374 kq 885,607 qr narkotik vasitələr və psixotrop maddələr (248 kq 717,798 qr marixuana, 16 kq 309,281 qr həşiş, 71 kq 462,225 qr tiryək, 13 kq 768,907 qr heroin, 1 kq 842,732 qr psixotrop maddə, 0,1 qr prekursor və 22 kq 784,664 qr digərləri) qanunsuz dövriyyədən çıxarılıb.

Milli Təhlükəsizlik Nazirliyi tərəfindən narkotik vasitələrin qaçaqmalçılığı və qanunsuz dövriyyəsinə qarşı keçirilmiş tədbirlər nəticəsində 18 fakt üzrə 222 kq 651,68 qr narkotik vasitələr və psixotrop maddələr (174 kq 170,39 qr heroin, 31 kq 066,57 qr tiryək, 12 kq 332,02 qr həşiş, 5 kq 062,7 qr marixuana və 20 qr amfetamin) qanunsuz dövriyyədən çıxarılıb.

Ədliyyə Nazirliyi tərəfindən 44 fakt üzrə 424,298 qr narkotik vasitələr və digər (19,970 qr marixuana, 11,190 qr həşiş, 331,440 qr tiryək, 61,298 qr heroin və 0,400 qr digərləri) qanunsuz dövriyyədən çıxarılıb.

Dövlət Gömrük Komitəsi tərəfindən 63 fakt üzrə 50 kq 048,862 qr narkotik vasitələr və psixotrop maddələr (9 kq 428,549 tiryək, 8 kq 950,432 qr marixuana, 26 kq 977,510 qr həşiş, 4 kq 641,541 qr heroin və 50,830 qr digərləri) qanunsuz dövriyyədən çıxarılıb.

Dövlət Sərhəd Xidməti tərəfindən 16 fakt üzrə (bütün hallarda İran İslam Respublikasından Azərbaycan Respublikasına) 100 kq 010,113 qr narkotik vasitələr (10 kq 307,923 qr heroin, 37 kq 003,330 qr həşiş, 36 kq 842,784 tiryək, 15 kq 755 qr marixuana və 101,076 qr digərləri) qanunsuz dövriyyədən çıxarılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti