...

Bakı Metropoliteni bir sıra vəzifələrə işçi qəbulu elan edib

Cəmiyyət Materials 14 İyul 2014 16:23 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 iyul /Trend, müxbir İlkin İzzət/

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti (QSC) bir sıra vəzifələrə işçi qəbulu elan edib.

"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, Cəmiyyət Hərəkət Xidmətinə baş xəzinədar, Xəzinədar və Avtomatik buraxılış məntəqələrinin nəzarətçisi peşələri üzrə işə qəbul elan edir.

Tələblər;

- Yaş: 25 - 45

Təhsili:

- Orta təhsil

- Orta ixtisas və ali təhsili olanlara üstünlük verilir (İqtisadi sahələr üzrə)

Dil bilikləri:

- Azərbaycan dili - Əla

- Rus dili bilənlərə üstünlük verilir

İş yeri: Bakı şəhəri.

İşçi əmək fəaliyyətinə səhər saat 08:00-da başlayır və uyğun olaraq axşam saat 20:00 - da işini bitirir. O biri gün isə axşam saat 20:00-dan başlayır səhər saat 08:00 - da işini bitirir. Növbəti İki gün istirahət günü.

İşçilərin aylıq əmək haqları: Orta əmək haqqı 250 manat. (Gecə və gündüz növbələrindən asılı olaraq əmək haqqı daha çox ola bilər.)

Məlumat Anketlərinizi [email protected] e-mail ünvanına göndərə bilərsiniz.

Məlumat Anketlərinizi göndərərkən;

• Mövzu yerinə peşənin adını yazın.

• Əvvəlki iş yerlərinizdəki iş öhdəliklərinizi ətraflı qeyd edin.

• Azərbaycan dilində göndərin.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti