...

BŞTİ Bakı məktəblərindən birində rus bölməsinin bağlanması məsələsinə aydınlıq gətirdi

Cəmiyyət Materials 17 İyul 2014 18:10
Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) Bakının orta məktəblərindən birində rus bölməsinin fəaliyyətinin dayandırılması məsələsinə aydınlıq gətirdi.
BŞTİ Bakı məktəblərindən birində rus bölməsinin bağlanması məsələsinə aydınlıq gətirdi

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 17 iyul /Trend/

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) Bakının orta məktəblərindən birində rus bölməsinin fəaliyyətinin dayandırılması məsələsinə aydınlıq gətirdi.

Trend BŞTİ-nin saytına istinadən xəbər verir ki, Bakı şəhəri 49 nömrəli tam orta məktəbin rus bölməsinin fəaliyyətinin dayandırılması bu bölmədə müəllim çatışmazlığı və siniflərdə şagird komplektləşdirilməsinin minimumu təmin etməməsi ilə əlaqədardır: "Məsələn, bu məktəbin rus bölməsində 7 fənn üzrə müəllimin olmaması səbəbindən dərsə davamiyyət pozulur, nəticədə tədrisin ümumi keyfiyyəti aşağı düşür".

Məlumatda deyilir ki, bütün bunları nəzərə alaraq, 49 nömrəli tam orta məktəbin rus bölməsinin şagirdləri və burada çalışan müəllimlər yaxınlıqdakı 203 nömrəli tam orta məktəbə köçürüləcək. Bu addım həm də mümkün ixtisarların qarşısını almağa xidmət edir. Eyni zamanda valideynlər digər ümumtəhsil məktəblərinin seçimində sərbəstdirlər.

Qeyd edilən məktəblərin rus bölməsində çalışan müəllimləri Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən keçirilən sınaq qiymətləndirilməsində yüksək nəticələr göstərib. Hər iki məktəbdə isə təhsilin səviyyəsi eynidir.

Bakı Şəhəri üzrə Təhsil İdarəsi əməkdaşlarının bu ərazidə yaşayan valideynlər və pedaqoji heyətlə keçirdikləri vaxtaşırı görüşlərdə müvafiq məktəblərdə rus və Azərbaycan dillərinin, eləcə də digər fənlərin tədris keyfiyyəti ilə bağlı müzakirələr aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti