...

Bu il I və IV qrup üzrə yüksək bal toplayanların sayı ötən illə müqayisədə artıb

Cəmiyyət Materials 18 İyul 2014 12:15 (UTC +04:00)
Bu il ali və orta ixtisas məktəblərinə I ixtisas qrupu üzrə keçirilən qəbul imtahanlarında 1525 nəfər, IV ixtisas qrupunda 403 nəfər 600-dən çox bal toplayıb.
Bu il I və IV qrup üzrə yüksək bal toplayanların sayı ötən illə müqayisədə artıb

Azərbaycan, Bakı, 18 iyul /Trend, müxbir İlhamə İsabalayeva/

Bu il ali və orta ixtisas məktəblərinə I ixtisas qrupu üzrə keçirilən qəbul imtahanlarında 487 nəfər, IV ixtisas qrupunda 403 nəfər 600-dən çox bal toplayıb. Trend-in məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə bu gün keçirdiyi mətbuat konfrasında bildirib.

Onun sözlərinə görə, bu il I qrup üzrə 1525 nəfər, IV qrup üzrə isə 930 nəfər abituriyent 500-dən çox bal toplayıb.

Bu il hər iki qrup üzrə yüksək bal toplayanların sayı ötən illə müqayisədə artıb. Ötən il I qrup üzrə 1179 nəfər 500-dən çox, 367 nəfər isə 600-dən çox , IV qrup üzrə 973 nəfər 500-dən çox, 403 nəfər 600-dən çox nəticə göstərib.

E.Nağızadə bildirib ki, bu il ali məktəblətim I və IV ixtisas qrupu üzrə müsabiqə vəziyyətinin çətin olmayacağı gözlənilir. Onun sözlərinə görə, bu il I ixtisas qrupu üzrə qəbul planı ötən ilə nisbətən təxminən 3,93 faiz artıb. Bu il I qrup üzrə ali məktəblərə 12 052 plan yeri ayrılıb, müsabiqədə isə 12 319 nəfər iştirak edir. Bu, isə o deməkdir ki, 1 plan yeri uğrunda 1 nəfər mübarizə aparacaq. IV qrup üzrə isə qəbul planında cüzi - cəmi 32 plan yeri artıb və 4482 yer ayrılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti