...

ADA Universitetinin Xəzər Enerji və Ətraf Mühit Mərkəzinin təşkil etdiyi 8-ci Bakı Yay Enerji Məktəbi başa çatıb (FOTO)

Cəmiyyət Materials 18 İyul 2014 16:44 (UTC +04:00)
ADA Universitetinin Xəzər Enerji və Ətraf Mühit Mərkəzi Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə birgə 8-ci Bakı Yay Enerji Məktəbini uğurla başa çatdırıb.
ADA Universitetinin Xəzər Enerji və Ətraf Mühit Mərkəzinin təşkil etdiyi 8-ci Bakı Yay Enerji Məktəbi başa çatıb (FOTO)

Azərbaycan, Bakı, 18 iyul/ Trend, müxbir Səbinə Əhmədova/

ADA Universitetinin Xəzər Enerji və Ətraf Mühit Mərkəzi Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə birgə 8-ci Bakı Yay Enerji Məktəbini uğurla başa çatdırıb.

ADA Universitetindən Trend-ə verilən məlumata görə, 8-12 iyul tarixlərində baş tutan Yay Enerji Məktəbində bu il ABŞ, Almaniya, Rumıniya, Oman, Yunanıstan, Bolqarıstan, Küveyt, Meksika, Macarıstan, Belçika, Özbəkistan, İtaliya, İran, Venesuela, İspaniya, Türkiyə, Xarvatiya, Norveç, Qazaxıstan və Azərbaycandan 39 iştirakçı iştirak edib.

İki həftəlik sertifikat proqramı qlobal və Xəzər enerji, ətraf mühit məsələlərini təhlil etmək və bu sahələr üzrə daha yaxşı anlayış əldə etmək üçün dünyanın tanınmış alim, akademik və siyasətçilərini bir araya gətirib. Regional boru xətti və enerji təhlükəsizliyinin inkişafı ilə yanaşı, iştirakçılar enerjinin əsasları, enerji hüququ və iqtisadiyyatı, ətraf mühitə təsiri, neft və qaz sənayesində idarəçilik və ARDNŞ-nin strateji perspektivləri kimi məsələlərlə daha geniş tanış olmaq imkanı əldə ediblər.

Bakı Yay Enerji Məktəbi dünyanın hər bir yerindən olan dövlət və özəl sektor rəhbərləriylə görüşmək və əlaqə qurmaqda böyük imkanlar yaradır. İştirakçılar Azərbaycanın Xarici İşlər, Energetika, Ekologiya və Təbii Sərvətlər nazirləriylə yanaşı "TAP", "BP", "ExxonMobil", "Total", "Statoil", "LUKOIL" neft şirkətləri rəhbərlərinin əsas natiq olduğu yay məktəbində problemli məsələləri müzakirə ediblər. Müəllimlərin siyahısı Oxford Universiteti, Sciences-Po, Prinston Universiteti, Rusiya Elmlər Akademiyası və s. kimi dünya elminin görkəmli mütəxəssisləriylə tamalanıb.

Ən nəhayət, bu proqram Bakı-Tibilisi-Ceyhan boru xətti, Sanqaçal neft terminalı, Palçıq vulkanları, Azərbaycanın ilk neft maqnatı Hacı Zeynalabdin Tağıyev və dünya şöhrətli Nobel qardaşları muzeyləri kimi Azərbaycanın müasir və keçmiş neft sənayesiylə bağlı olan bənzərsiz yerləri gəzmək üçün inanılmaz imkan yaradıb.

Proqram tamamlandıqdan sonra iştirakçılar ADA Universitetinin sertifikatlarıyla mükafatlandırılıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti