...

Bakıda xüsusi istedadlı uşaqların vaxtından əvvəl I sinfə qəbulu üçün elektron ərizələrin qəbuluna başlanılır

Cəmiyyət Materials 18 İyul 2014 17:27 (UTC +04:00)
Bakı şəhərində xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu üçün elektron ərizələrin qəbuluna başlanılır.
Bakıda xüsusi istedadlı uşaqların vaxtından əvvəl I sinfə qəbulu üçün elektron ərizələrin qəbuluna başlanılır

Azərbaycan, Bakı, 18 iyul /Trend, müxbir İlhamə İsabalayeva/

Bakı şəhərində xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu üçün elektron ərizələrin qəbuluna başlanılır.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Trend-ə verilən məlumata görə, təhsil nazirinin "Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları" barədə əmrinə müvafiq olaraq Bakı şəhərində yerləşən və BŞTİ-nin tabeçiliyində olan məktəblərə qəbulla əlaqədar olaraq, iyulun 20-dən elektron ərizələrin qəbuluna başlanılacaq. Elektron ərizələrin qəbulu avqust ayının 20-dək davam edəcək.

Qeydiyyat zamanı vətəndaşlar elektron ərizə ilə yanaşı uşağın doğum haqqında şəhadətnaməsinin surətini və 3x4 sm ölçüdə 1 ədəd fotoşəklini də əlavə etməlidirlər.

"Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları"na əsasən I sinfə qəbul həmin il sentyabrın 16-dan dekabrın 31-dək 6 yaşı tamam olan xüsusi istedadlı uşaqlara şamil edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti