...

Zaqatala Dövlət Təbiət Qoruğunda növbəti reyd zamanı da narkotik tərkibli bitkilərin əkildiyi aşkarlanıb

Cəmiyyət Materials 23 İyul 2014 10:36 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Zaqatala Dövlət Təbiət Qoruğunun əməkdaşları tərəfindən Qoruq ərazisində mühafizə rejiminin yoxlanılması, o cümlədən ərazidə narkotik xassəli bitkilərin qanunsuz əkildiyi və yabanı halda bitdiyi ərazilərin müəyyən olunması məqsədilə müntəzəm reydlər keçirilir.
Zaqatala Dövlət Təbiət Qoruğunda növbəti reyd zamanı da narkotik tərkibli bitkilərin əkildiyi aşkarlanıb

Azərbaycan, Bakı, 23 iyul /Trend/

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Zaqatala Dövlət Təbiət Qoruğunun əməkdaşları tərəfindən Qoruq ərazisində mühafizə rejiminin yoxlanılması, o cümlədən ərazidə narkotik xassəli bitkilərin qanunsuz əkildiyi və yabanı halda bitdiyi ərazilərin müəyyən olunması məqsədilə müntəzəm reydlər keçirilir.

Nazirlikdən Trend-ə verilən məlumata görə, 22 iyul 2014-cü il tarixində daxil olmuş operativ məlumat əsasında ETSN-nin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin və Zaqatala Dövlət Təbiət Qoruğunun əməkdaşları Qoruq ərazisində operativ reyd keçirib.

Reyd zamanı Qoruğun Gərəkli sahəsinin 8 saylı dolayında ölçüləri 4x4 metr və 10x6 metr olan sahələrdə narkotik xassəli çətənə bitkisi olduğu güman edilən 134 ədəd bitkinin naməlum şəxslər tərəfindən qanunsuz olaraq əkilib-becərilməsi faktı aşkar edilib.

Eyni zamanda sözügedən ərazidə Nazirliyin əməkdaşları tərəfindən 1 ədəd çadır aşkarlanaraq ərazini sürətlə tərk edən bir nəfərin fotoşəkli çəkilib. Dərhal hadisə barədə Balakən rayon Polis Şöbəsi məlumatlandırılaraq götürülmüş materiallar onlara təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, iyulun 16-da da Zaqatala Dövlət Təbiət Qoruğunun mühafizə yegerinin məlumatı əsasında Qoruq əməkdaşlarının, Balakən rayon Polis Şöbəsinin və Zaqatala Sərhəd Dəstəsinin hərbçilərinin iştirakı ilə Qoruq ərazisində operativ reyd keçirilmiş, reyd zamanı Qoruğun Gərəkli sahəsinin 2 saylı dolayında ölçüləri 8x5 metr və 30x40 metr olan sahələrdə narkotik xassəli çətənə bitkisi olduğu güman edilən 778 ədəd bitkinin naməlum şəxslər tərəfindən qanunsuz olaraq əkilib-becərilməsi faktı aşkar edilmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti