...

Levan Kipiani: Azərbaycan ilk Avropa Olimpiya Oyunlarının çox yüksək səviyyədə keçirəcək

Cəmiyyət Materials 4 Avqust 2014 11:34 (UTC +04:00)
Gürcüstanın gənclər və idman naziri Levan Kipiani 2015-ci ildə Azərbaycanın ilk Avropa Olimpiya Oyunlarının çox yüksək səviyyədə keçirəcəyinə əmin olduğunu bildirib.
Levan Kipiani: Azərbaycan ilk Avropa Olimpiya Oyunlarının çox yüksək səviyyədə keçirəcək

Azərbaycan, Bakı, 4 avqust /Trend/

Gürcüstanın gənclər və idman naziri Levan Kipiani 2015-ci ildə Azərbaycanın ilk Avropa Olimpiya Oyunlarının çox yüksək səviyyədə keçirəcəyinə əmin olduğunu bildirib. Trend-in məlumatına görə, bu barədə nazir "AzerNews" qəzetinə müsahibəsində bildirib.

"Azərbaycanda bu Oyunların keçirilməsinə intensiv hazırlıq gedir".

Kipianinin sözlərinə görə, bununla əlaqədar son iki il ərzində Bakıda bir çox infrastruktur layihələr həyata keçirilib və tikintinn sürəti onda təəssürat yaradıb.

Nazir deyib: "Gürcüstan gələcəkdə beynəlxalq idman tədbirlərinin hazırlanmasında Azərbaycanın təcrübəsindən mütləq istifadə edəcək".

Kipiani əlavə edib ki, ilk Avropa Olimpiya Oyunlarında Gürcüstan idmançılarının nümunəvi yığması iştirak edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti