...

Azərbaycan Ordusunun iki əsgəri öz silahlarından açılan atəş nəticəsində ölüb (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 5 Avqust 2014 10:59 (UTC +04:00)

Təfərrüatlar əlavə olunub. İlk xəbər saat 10:22-də yayılıb.

Azərbaycan, Bakı, 5 avqust /Trend, müxbir İlkin İzzət/

Azərbaycan Ordusunun iki əsgəri öz silahı ilə ehtiyatsız davranışı zamanı açılan atəş nəticəsində dünyasını dəyişiblər.

Hüquq-mühafizə orqanlarından Trend-ə verilən məlumata görə, avqustun 4-də Silahlı Qüvvələrin cəbhə bölgəsində yerləşən N saylı hərbi hissəsinin əsgəri Səmədov Murad Mahir oğlu Səmədov tabeliyində olan avtomat silahla ehtiyatsız davranışı zamanı açılan atəş nəticəsində dünyasını dəyişib.

Faktı Trend-ə Müdafiə Nazirlyinin mətbuat xidmətiundən də təsdiq ediblər.

Hadisə ilə bağlı Hərbi Prokurorluqda cinayət işi başlanıb, araşdırma aparılır.

Qeyd edək ki, 1995-ci il təvəllüdlü Səmədov Murad Mahir oğlu Abşeron rayonundan hərbi xidmətə çağırılıb. Əsgərin cənazəsi bu gün doğulduğu Xırdalan şəhərinə gətirilərək dəfn olunacaq.

Daha bir analoji hadisə Beyləqan rayonundakı N saylı hərbi hissədə baş verib. Belə ki, hərbi hissəinin əsgəri 1992-ci il təvəllüdlü Cavid Cəlil oğlu Məmmədov avtomat silahdan ehtiyatsızlıqdan açılan atəş nəticəsində dünyasını dəyişib.

Faktı Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə təsdiqləyiblər.

Faktla bağlı Hərbi Prokurorluq tərəfindən cinayət işi başlanıb, araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti