...

Gürcüstan Prezidenti beynəlxalq "Caspian Energy Forum 2014"-də iştirak edəcək

Cəmiyyət Materials 7 Avqust 2014 13:07 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 avqust /Trend/

Gürcüstan Prezidenti Georgi Marqvelaşvili dünyanın informasiya bazarlarında fəaliyyətinin 15 illiyi münasibəti ilə "Caspian Energy International Media Group"un oxucularını və redaksiya kollektivini təbrik edib.

Marqvelaşvili bildirib: "1994-cü il böyük təşəbbüslər ili idi. O vaxt Azərbaycan və Gürcüstan prezidentləri - Heydər Əliyev və Eduard Şevardnadze "Əsrin müqaviləsi"nin reallaşması üzərində çalışırdılar. O zaman onlar razılaşdılar və ümumi dil tapa bildilər ki, bu da ciddi təməl qoydu".

Prezident bildirib: "Faktiki olaraq biz Gürcüstanın inkişafını Xəzər və Qara dənizləri birləşdirən layihələrin gələcək inkişafında görürük. Onların həyata keçirilməsində əsas rolu Azərbaycan oynayır, həmin layihələrin dərinləşməsi, Qərbə və Şərqə genişlənmə layihələrin daha səmərəli olmasına zəmanətdir, eləcə də bütün region ölkələrinin milli təhlükəsizliyi təmin olunacaq. Mən təkcə enerji layihələrindən deyil, həm də regionda sabitliyə təsir edən nəqliyyat layihələrindən danışıram".

Gürcüstanın dövlət başçısı qeyd edib: "Enerji və iqtisadi amillərin köməyi ilə həmin layihələrdə iştirak edən ölkələr Gürcüstanda da, Azərbaycanda da avtomatik olaraq sabitliyə dəstək olacaqlar. Bu da öz növbəsində çox ciddi amildir. Çünki transmilli layihələr avtomatik olaraq layihələrin hər iki tərəfində özünə dostlar yaradır".

Georgi Marqvelaşvili qeyd edib: "Ona görə də öz səhifələrində regionun beynəlxalq enerji və nəqliyyat layihələrinin inkişafından bəhs edən "Caspian Energy" çox yaxşı beynəlxalq jurnaldır. Mən "Caspian Energy" jurnalının dünyanın 50 ölkəsindəki oxucularını və kollektivini bu tarix münasibəti ilə təbrik etmək istəyirəm və Sizə gələcəkdə yaradıcılıq və peşə uğurları arzu edirəm".

Gürcüstan Prezidenti Georgi Marqvelaşvili 2014-cü il noyabrın 14-də keçiriləcək 2-ci beynəlxalq "Caspian Energy Forum 2014"-də iştirak edəcəyini rəsmən təsdiqləyib.

"Caspian Energy" jurnalının 85-ci nömrəsində (2014-cü ilin mart-aprel ayları) Prezident Georgi Marqvelaşvilinin eksklüziv müsahibəsi dərc olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti