...

Xaçmazda Bayraq Muzeyi inşa olunur

Cəmiyyət Materials 13 Sentyabr 2014 17:35 (UTC +04:00)
Xaçmazda inşa olunan Bayraq Meydanı Kompleksində son tamamlama işləri görülür
Xaçmazda Bayraq Muzeyi inşa olunur

Azərbaycan, Bakı, 13 sentyabr /Trend/

Xaçmaz şəhərinin girişində, Çənlibel parkı ərazisində inşa olunan Bayraq Meydanı Kompleksində işlər yekunlaşmaq üzrədir.

Trend Regional TV-yə istinadən məlumat verir ki, hazırda meydanın ərazisinə üzlük daşlar döşənir. Ərazidə Xaçmazın yeni mədəniyyət abidələrindən olacaq Bayraq Muzeyi də inşa olunur. Muzeyin tikilməsində əsas məqsəd vətənpərlik ruhunun yüksəldilməsinə təkan verməkdir.

Bayraq Muzeyi Xaçmazda inşa olunan sayca 12-ci muzeydir. Muzeyin yerləşdiyi Bayraq Meydanının ərazisi 1.5 hektardır. Bayraq dirəyininin hündürlüyü isə 85 metrdir.

Meydanın 9 noyabr - Bayraq Günündə istifadəyə verilməsi planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti