Azərbaycan, Bakı, 19 sentyabr /Trend/
Sentyabrın 19-da "AZERNEWS" onlayn qəzetinin növbəti nəşri çapdan çıxıb.
Trend-in məlumatına görə, qəzetin yeni sayında oxucular Azərbaycanın İranın bərpa olunan enerji sektoruna investisiya qoymaqda maraqlı olması, ölkədə pambıq istehsalının çətin dövrünü yaşaması, Bakıda ənənəvi cazz festivalı, payızı sağlam qarşılamağın yolları, həmçinin Azərbaycanın heyranedici Culfa rayonuna səyahət zamanı səfər olunması gərəkli yerlər və digər məqalələrlə tanış ola bilərlər.
"AZERNEWS" Ümumdünya Qəzet və Qəzet Naşirləri Assosiasiyasının (WAN-IFRA) assosiativ üzvüdür.
Onlayn qəzeti oxumaq üçün www.azernews.az ünvanına keçə bilərsiniz.