Azərbaycan, Bakı, 22 sentyabr /Trend, müxbir İlkin İzzət/
Təmir işləri ilə əlaqədar paytaxtın daha bir küçəsində hərəkət tam məhdudlaşdırılıb.
Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) Trend-ə verilən məlumata görə, paytaxtın Şəmsi Bədəlbəyli küçəsinin Səməd Vurğun küçəsi ilə kəsişməsindən Rəşid Behbudov küçəsi ilə kəsişməsinə qədər olan hissədə gedən təmir işləri ilə əlaqədar yol bağlıdır.
Sürücülərə alternativ yol kimi Mirzəağa Əliyev küçəsindən istifadə etmələri tövsiyə olunur.