Azərbaycan, Bakı, 24 sentyabr /Trend/
Sentyabrın 24-də "AZERNEWS" onlayn qəzetinin növbəti nəşri çapdan çıxıb.
Trend xəbər verir ki, qəzetin yeni sayında oxucular Parisdə keçirilən Azərbaycan mədəniyyəti günləri, Azərbaycanın Avropa üçün əhəmiyyəti, ölkədə meyvə istehsalının artması, Bakıda mötəşəm "Dinozavrlar şousu", Üzeyir Hacıbəyova həsr olunmuş altıncı beynəlxalq musiqi festivalı və digər məqalələrlə tanış ola bilərlər.
"AZERNEWS" Ümumdünya Qəzet və Qəzet Naşirləri Assosiasiyasının (WAN-IFRA) assosiativ üzvüdür.
Onlayn qəzeti oxumaq üçün www.azernews.az ünvanına keçə bilərsiniz.