...

Tibb Universitetinin işçilərinin əmək haqqları artıldı

Cəmiyyət Materials 30 Sentyabr 2014 10:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 sentyabr /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycan Tibb Universitetinin əməkdaşlarının aylıq əmək haqqları artırılıb.

Universitetdən Trend-ə verilən məlumata görə, rektor, akademik Əhliman Əmiraslanovun əmrinə əsasən, professor-müəllim heyətinin maddi rifah halını bir qədər də yaxşılaşdırmaq, elmi-pedaqoji fəaliyyətini stimullaşdırmaq məqsədilə ATU əməkdaşlarının aylıq əmək haqqı orta hesabla 30 %-dən çox artırılıb.

Əmr bu ilin oktyabr ayından qüvvəyə minir və ayrı-ayrı sahələrdə çalışan əməkdaşların hamısına şamil olunur.

Qeyd edək ki, bu ilin əvvəlində də Tibb Universiteti işçilərinin aylıq vəzifə maaşlarının orta hesabla 25% yüksəldilməsi haqqında qərar verilmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti