Azərbaycan, Bakı, 3 oktyabr /Trend/
Oktyabrın 3-də "AZERNEWS" onlayn qəzetinin növbəti nəşri çapdan çıxıb.
Trend xəbər verir ki, qəzetin yeni sayında oxucular İranda ekoloji problemlərin yaratdığı çətinliklər, dünya şöhrətli azərbaycanlı rəssamın "VERA" Beynəlxalq Müasir İncəsənət mükafatını qazanması, Beynəlxalq Valyuta Fondunun Ermənistanın iqtisadiyyatında vəziyyətin çətinləşməsi ilə bağlı proqnozu, Azərbaycanın ən orijinal şəhəri Şəki və digər məqalələrlə tanış ola bilərlər.
"AZERNEWS" Ümumdünya Qəzet və Qəzet Naşirləri Assosiasiyasının (WAN-IFRA) assosiativ üzvüdür.
Onlayn qəzeti oxumaq üçün www.azernews.az ünvanına keçə bilərsiniz.