...

Helen Klark: Azərbaycanın bilik və təcrübəsini başqa ölkələrlə bölüşmək üçün böyük imkanları var

Cəmiyyət Materials 3 Oktyabr 2014 15:33 (UTC +04:00)
Azərbaycan hazırda öz tarixinin ən maraqlı dövrünü yaşayır və bu mənada digər dövləti öz inkişaf hədəflərinə çatması məqsədilə dəstəkləməklə öz bilik və təcrübəsini başqa ölkələrlə bölüşmək üçün böyük imkanları var.
Helen Klark: Azərbaycanın bilik və təcrübəsini başqa ölkələrlə bölüşmək üçün böyük imkanları var

Azərbaycan, Bakı, 3 oktyabr /Trend, müxbir Aygün Bədəlova/

Azərbaycan hazırda öz tarixinin ən maraqlı dövrünü yaşayır və bu mənada digər dövləti öz inkişaf hədəflərinə çatması məqsədilə dəstəkləməklə öz bilik və təcrübəsini başqa ölkələrlə bölüşmək üçün böyük imkanları var. Trend-in məlumatına görə, bu barədə BMT İnkişaf Proqramının rəhbəri Helen Klark "ADA" Universitetində "Minilliyin İnkişaf Məqsədlərindən qlobal inkişafın yeni prioritetlərinədək" mövzusunda keçirilən sessiyada bildirib.

Onun sözlərinə görə, BMT-nin İnkişaf Proqramı bu səylərin dəstəklənməsi üçün Azərbaycanla işləməyə hazırdır.

Xanım H.Klark qeyd edib ki, hazırda BMT ilə Azərbaycan hökuməti arasında növbəti beş il müddətində əməkdaşlıq üzrə çərçivə sənədinin əsası formalaşır.

Proqram rəhbəri deyib ki, 2016-2020-ci illər üzrə tərəfdaşlıq haqqında çərçivə sənədinin əsas prioritetləri davamlı məşğulluğa yardım, inkişaf üçün yerli potensialın yaradılmasıdır: "Azərbaycanın gələcək uğurları dünya iqtisadiyyatının və qlobal ekoloji sistemin vəziyyəti, eləcə də bütün planetdə sülh və təhlükəsizliklə sıx bağlıdır".

O, əlavə edib ki, ölkələrə xüsusilə indiki gənc nəsil üçün iş yerləri və imkanlar yaradan iqtisadiyyat lazımdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti