...

Azad Rəhimov Helen Klarkla görüşüb (FOTO)

Cəmiyyət Materials 8 Oktyabr 2014 16:08 (UTC +04:00)
Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov BMT-nin İnkişaf Proqramının və BMT-nin İnkişaf Qrupunun rəhbəri Helen Klarkla görüşüb.
Azad Rəhimov Helen Klarkla görüşüb (FOTO)

Azərbaycan, Bakı, 8 oktyabr /Trend, müxbir Elçin Mehdiyev/

Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov BMT-nin İnkişaf Proqramının və BMT-nin İnkişaf Qrupunun rəhbəri Helen Klarkla görüşüb.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, görüş zamanı gənclər sahəsində Azərbaycanda həyata keçirilən layihələr, qəbul edilən dövlət proqramları haqqında məlumat verilib, birgə əməkdaşlıqla bağlı müzakirələr aparılıb.

Eyni zamanda, görüşdə bu il 28-30 oktyabr tarixlərində Azərbaycan hökuməti, BMT-nin İnkişaf Proqramı, Avropa Şurası, UNESCO və BMT-nin gənclər siyasəti üzrə xüsusi qurumu tərəfindən Bakıda gerçəkləşəcək Gənclər Siyasəti üzrə I Qlobal Forum barədə danışıqlar aparılıb.

Forumun gənclər siyasətində böyük və uğurlu addım olduğu, bu sahədə yeni istiqamət olacağı qeyd olunub. Bilidirilib ki, dünyanın 200-dən artıq ölkəsindən 700-dən artıq iştirakçını bir araya toplayacaq forum gənclər siyasəti sahəsində yeni təcrübələrin əldə olunmasında, ölkələrarası fikir mübadiləsinin aparılmasında xüsusi önəm daşıyacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti