...

Azərbaycanda dərsliklərin monitorinqi ilə bağlı seminarlara başlanılır

Cəmiyyət Materials 9 Oktyabr 2014 13:05 (UTC +04:00)
Azərbaycanda dərsliklərin monitorinqi ilə bağlı seminarlara başlanılır.
Azərbaycanda dərsliklərin monitorinqi ilə bağlı seminarlara başlanılır

Azərbaycan, Bakı, 9 oktyabr /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycanda dərsliklərin monitorinqi ilə bağlı seminarlara başlanılır.

Trend Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının saytına istinadən məlumat verir ki, seminarlara oktyabrın 28-dən başlanılır. Həmin tarixdən ibtidai təhsil səviyyəsində (I-IV siniflər) istifadə edilən dərsliklər, dərs vəsaitləri və digər tədris vasitələrinin monitorinqi üzrə elmi-metodiki seminarlar fəaliyyətə başlayacaq.

TQDK sədri Məleykə Abbaszadə ali təhsil müəssisələrinə, Azərbaycan Milli Elimlər Akademiyasına və onun tabe təşkilatlarına, son 12 ildə şagirdləri qəbul imtahanlarında yüksək nəticələr əldə etmiş ümumi orta təhsil müəssisələrinə məktub ünvanlayaraq həmin qurumların əməkdaşlarını seminarların işində iştirak etməyə, bu sahədə öz təklif və tövsiyələrini verməyə dəvət edib.

"Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası haqqında Əsasnamə"yə uyğun olaraq, TQDK ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə istifadə edilən dərsliklərin, dərs vəsaitlərinin və digər tədris vasitələrinin elmi-metodiki monitorinqini həyata keçirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti