...

KİV nümayəndələri cəbhə bölgəsində səfərdədirlər (FOTO)

Cəmiyyət Materials 23 Oktyabr 2014 17:46 (UTC +04:00)
Azərbaycanda 30-dan çox KİV nümayəndəsinin Tovuz və Qazax rayonlarına səfəri başlayıb.
KİV nümayəndələri cəbhə bölgəsində səfərdədirlər (FOTO)

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 23 oktyabr /Trend, müxbir Zaur Mustafayev/

Azərbaycanda 30-dan çox KİV nümayəndəsinin Tovuz və Qazax rayonlarına səfəri başlayıb.

Trend-in məlumatına görə, Təhsil Nazirliyinin İnformasiya şöbəsinin müdir müavini, Qeyri-hökumət təşkilatları və kütləvi informasiya vasitələri ilə iş sektorunun müdiri Cəsarət Valehov jurnalistlərə bildirib ki, Müdafiə Nazirliyinin dəstəyi ilə baş tutan bu səfərin məqsədi ölkəmizdə informasiya təhlükəsizliyinin qorunması və ictimaiyyətin düzgün məlumatlandırılması işində kütləvi informasiya vasitələrinə şərait yaratmaqdır.

Səfər KİV nümayəndələrinə cəbhəyanı bölgələrdəki təhsil ocaqlarında tədris mühiti ilə daha yaxından tanış olmağa, şagirdlərin yüksək bilik almaq üçün göstərdikləri səyləri qiymətləndirməyə geniş imkanlar yaradacaq. Bütün bunlar ölkə ictimaiyyətinin cəbhəyanı bölgələrdə təhsilin vəziyyəti ilə tanış olması və medianın bu istiqamətdə daha dolğun məlumatlarla təmin edilməsi işinə xidmət edir.

Artıq jurnalistlər Tovuz rayonunun Ermənistanla sərhəddə yerləşən Hacallı kənd orta məktəbinin tədris şəraiti ilə tanış olublar. Bu məktəbdə 48 müəllim, 24 texniki işçi çalışır, 437 şagird təhsil alır. Hazırda məktəbin XI sinfində 43, I sinfində 37 nəfər təhsil alır. Son 5 ildə məktəbin məzunlarından 24 nəfəri müxtəlif istiqamətli ali hərbi məktəblərə və liseylərə qəbul olub.

KİV nümayəndələri səfər müddətində Qazax rayonunun Aslanbəyli və Çaylı kənd tam orta məktəbləri ilə tanış olacaq, bölgədəki hərbi hissələrin birində əsgər və zabitlərlə görüşəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti