Azərbaycan, Bakı, 24 oktyabr /Trend/
Oktyabrın 24-də "AZERNEWS" onlayn qəzetinin növbəti nəşri çapdan çıxıb.
Trend xəbər verir ki, qəzetin yeni sayında oxucular Azərbaycanda İKT sektorunun inkişafı, təbii artıma görə ölkənin Avrovada lider olması, iqtisadiyyatın şaxələndirilməsi üçün kənd təsərrüfatına olan gözləntilər, Azərbaycanın tütünün qiymətlərinin artırılması üçün kampaniyaya qoşulma ehtimalı, həmçinin, Alman qəsəbəsi Yelenendorfun yüksəlişi və süqutu və digər məqalələrlə tanış ola bilərlər.
"AZERNEWS" Ümumdünya Qəzet və Qəzet Naşirləri Assosiasiyasının (WAN-IFRA) assosiativ üzvüdür.
Onlayn qəzeti oxumaq üçün www.azernews.az ünvanına keçə bilərsiniz.