Azərbaycan, Bakı, 5 noyabr /Trend/
Noyabrın 5-də "AZERNEWS" onlayn qəzetinin növbəti nəşri çapdan çıxıb.
Trend xəbər verir ki, qəzetin yeni sayında oxucular Azərbaycan Doing Business 2015 hesabatına əsasən mövqeyini yaxşılaşdırması, Qazaxıstanın Mərkəzi Asiyada ən yaxşı hava yolları parkına sahib olması, Ermənistana pul köçürmələrinin kəskin azalması, Azərbaycanda tarixi ərazilərinə qaytarılmış ceyran sürülərində təbii artım müşahidə olunması və digər məqalələrlə tanış ola bilərlər.
"AZERNEWS" Ümumdünya Qəzet və Qəzet Naşirləri Assosiasiyasının (WAN-IFRA) assosiativ üzvüdür.
Onlayn qəzeti oxumaq üçün www.azernews.az ünvanına keçə bilərsiniz.