...

Çingiz Abdullayev hərbi dənizçilərin suallarına cavab verdi (FOTO)

Cəmiyyət Materials 6 Noyabr 2014 18:21 (UTC +04:00)
Xalq yazıçısı Çingiz Abdullayev hərbi dənizçilərin qonağı olub
Çingiz Abdullayev hərbi dənizçilərin suallarına cavab verdi (FOTO)

Azərbaycan, Bakı, 6 noyabr /Trend/

Dünya şöhrətli yazıçı, əsərləri dünyanın müxtəlif dillərinə tərcümə olunmuş "Şöhrət" ordenli Çingiz Abdullayev Hərbi Dəniz Qüvvələri zabitlərinin qonağı olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbiri Mərkəzi Zabitlər Evinin mədəni-bədii iş bölməsinin rəhbəri Gülxar Məmmədova açaraq yazıçının geniş diapazonlu yaradıcılığından, onun əsərlərinin mahiyyətindən, obrazlar dünyasından, yaratdığı zəngin xarakterlərdən danışıb.

Söhbət formatında qurulan görüşdə yazıçı özünün həyat və yaradıcılığından, müharibə və ədəbiyyatın qarşılıqlı münasibətindən, gənc nəslin intellektinin yüksəldilməsi yollarından danışıb. Yazıçı ona ünvanlanan suallara da ətraflı cavab verib.

Görüşün sonunda Hərbi Dəniz Qüvvələri komandanı vəzifəsini icra edən birinci dərəcəli kapitan Şahin Məmmədov görüşə dəvəti qəbul edib gəldiyinə görə xalq yazıçısı Ç.Abdullayevə təşəkkür edərək, ona yaradıcılıq uğurları arzulayıb və hərbi kollektiv adından hədiyyə təqdim edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti