...

Dövlət Xidməti ərzaq malları ilə bağlı 6 mindən çox müayinə aparıb

Cəmiyyət Materials 25 Noyabr 2014 16:52 (UTC +04:00)
İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti bu ilin yanvar-sentyabr aylarında ərzaq mallarının keyfiyyət və təhlükəsizlik göstəricilərinin qiymətləndirilməsi ilə bağlı 6329 laborator müayinə aparıb.
Dövlət Xidməti ərzaq malları ilə bağlı 6 mindən çox müayinə aparıb

Azərbaycan, Bakı, 25 noyabr /Trend, müxbir İlhamə İsabalayeva/

İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti bu ilin yanvar-sentyabr aylarında ərzaq mallarının keyfiyyət və təhlükəsizlik göstəricilərinin qiymətləndirilməsi ilə bağlı 6329 laborator müayinə aparıb.

Xidmətin rəisi Zahid İsayev Trend-ə bildirib ki, müayinə nəticəsində 23 halda malların keyfiyyət və təhlükəsizlik göstəricilərinin normativ-texniki sənədlərin tələblərinə uyğun olmadığı müəyyən edilib və bununla bağlı müvafiq tədbirlər görülüb.

2013-cü ilin müvafiq dövrü ilə müqayisədə aparılmış laborator müayinələrin sayı 3928 və ya 2,6 dəfə artıb. Belə ki, 2013-cü ilin yanvar-sentyabr ayları ərzində aparılan laborator müayinələrin 1,2 faizində malların keyfiyyət və təhlükəsizlik göstəricilərinin normativ-texniki sənədlərin tələblərinə uyğun olmadığı müəyyən edilmişdisə, 2014-cü ilin müvafiq dövründə bu göstərici 0,4 faiz olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti