...

Dövlət Komitəsi: Hər hansı bir vəzifəli şəxsin mənəvi-əxlaqi dəyəri istənilən səviyyədə deyilsə...

Cəmiyyət Materials 5 Dekabr 2014 12:53 (UTC +04:00)
Təhsildə mənəvi, psixoloji dəyərlərə diqqət yetirilməsi vacib məsələdir.
Dövlət Komitəsi: Hər hansı bir vəzifəli şəxsin mənəvi-əxlaqi dəyəri istənilən səviyyədə deyilsə...

Azərbaycan, Bakı, 5 dekabr /Trend, müxbir İlhamə İsabalayeva/

Təhsildə mənəvi, psixoloji dəyərlərə diqqət yetirilməsi vacib məsələdir. Trend-in məlumatına görə, bunu "Təhsildə mənəvi-əxlaqi dəyərlər: harmonik şəxsiyyətin formalaşması" mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova deyib.

Onun sözlərinə görə, cəmiyyətin mənəvi tərbiyəsi ailədən başlayır, məktəbdə davam edir və cəmiyyətdə öz təzahürünü tapır: "Bu gün cəmiyyətdə baş verən bütün münaqişələrin, problemlərin mənbəyi yeni insanın formalaşmasından qaynaqlanır. Bu gün hər hansı bir vəzifəli şəxsin mənəvi-əxlaqi dəyəri istənilən səviyyədə deyilsə, uğur qazana bilmərik. Buna görə də təhsildə mənəvi, psixoloji dəyərlərə diqqət yetirilməsi vacib məsələdir".

S.Qəhrəmanova deyib ki, bu gün cəmiyyətdə psixoloji gərginliyin hökm sürməsi də nəzərə alınmalıdır: "Bu gün gender bərabərliyindən, cəmiyyəti idarə edən kişi-qadın münasibətlərindən, onların hüquqlarından danışırıqsa, təhsil prosesində uşaqlara şəxsiyyətyönümlü-humanist yanaşma çox önəmlidir. Bu mövzu tək Azərbaycanı deyil, bütün dünyanı düşündürən məsələdir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti