Azərbaycan, Bakı, 10 dekabr /Trend/
Dekabrın 10-da "AZERNEWS" onlayn qəzetinin növbəti nəşri çapdan çıxıb.
Trend xəbər verir ki, qəzetin yeni sayında oxucular Azərbaycan Respublikası Dövlət Neft Fondunun neft qiymətləri ilə bağlı nikbin proqnozları, ölkədə ailə psixologiya təsisatının yaradılacağı, müasir texnoloji alətlərin uşaqlara təsiri, Azərbaycan vətəndaşlarının yeni şəxsiyyət vəsiqələrindəki yeniliklər və digər məqalələrlə tanış ola bilərlər.
"AZERNEWS" Ümumdünya Qəzet və Qəzet Naşirləri Assosiasiyasının (WAN-IFRA) assosiativ üzvüdür.
Onlayn qəzeti oxumaq üçün www.azernews.az ünvanına keçə bilərsiniz.