...

Abonentlərin nəzərinə: Ödəmə terminallarından istifadə etməyin

Cəmiyyət Materials 12 Dekabr 2014 19:47 (UTC +04:00)
ARDNŞ-nin “Azəriqaz” İstehsalat Birliyi bütün abonentlərini xəbərdar edir.
Abonentlərin nəzərinə: Ödəmə terminallarından istifadə etməyin

Azərbaycan, Bakı, 12 dekabr /Trend/

ARDNŞ-nin "Azəriqaz" İstehsalat Birliyi bütün abonentlərini xəbərdar edir.

İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, respublika üzrə "Modenis" MMC-yə məxsus E-manat və "Komtec" LTD-yə məxsus MilliÖN ödəmə terminallarının server sistemində yeni avadanlıqların quraşdırılması həyata keçirildiyi üçün bu gün saat 22:00-dan etibarən 13.12.2014-cü tarixdə saat 01:00-dək təbii qazdan istifadə məqsədi ilə smart-kart tipli qaz sayğaclarına pul yüklənilməsi üçün aparılan əməliyyatlarda 3 saatlıq fasilələr yaranacaq.

Qeyd olunan zaman ərzində abonentlərdən ödəniş etməmələri xahiş olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti