...

Yunanıstan səfirindən alqışalayiq hərəkət

Cəmiyyət Materials 5 Fevral 2015 16:45 (UTC +04:00)
Bu gün Yunanıstanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Dimitrios Tsounqas Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin kitabxanasında olub.
Yunanıstan səfirindən alqışalayiq hərəkət

Azərbaycan, Bakı, 5 fevral /Trend/

Bu gün Yunanıstanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Dimitrios Tsounqas Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin kitabxanasında olub.

Mərkəzdən Trend-ə verilən məlumata görə, səfir 30 cildlik 20-ci əsr Yunan ədəbiyyatı antologiyası, qədim yunan fəlsəfəsinə və ədəbiyyatına dair kitabları, məcmuə və suvenirləri kitabxanaya hədiyyə edərək, bu nəşrlərin yunan ədəbiyyatının ən aparıcı ədiblərinin əsərlərinin tərcüməsinə, Azərbaycan oxucusuna çatdırılmasına geniş imkanlar yaradacağını bildirib.

Diplomat, həmçinin Mərkəzi bu ilin may ayında Salonikidə baş tutacaq Beynəlxalq Kitab Sərgisində iştirak etməyə dəvət edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti