Azərbaycan, Bakı, 10 fevral /Trend, müxbir İlkin İzzət/
Polis paytaxtda avaralıq və dilənçiliklə məşğul olan 4 nəfər saxlayıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Nərimanov rayonu ərazisində avaralıq və dilənçiliklə məşğul olan 4 nəfər 18-ci Polis Bölməsi əməkdaşları tərəfindən saxlanılıb. Onlar İnzibati Xətalar Məcəlləsinin 307-ci maddəsi ilə protokol tərtib olunub və xəbərdarlıq edildikdən sonra buraxılıblar.
Qeyd edək ki, saxlanılanlardan 1-i qadın, 3-ü azyaşlı olub.