...

Azərbaycanda ali məktəblərə qəbul imtahanlarının və sənəd qəbulunun tarixləri açıqlandı

Cəmiyyət Materials 12 Fevral 2015 12:58 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2015-2016-cı tədris ili üçün ali məktəblərə keçiriləcək qəbul imtahanlarının və sənəd qəbulunun tarixlərini açıqlayıb.
Azərbaycanda ali məktəblərə qəbul imtahanlarının və sənəd qəbulunun tarixləri açıqlandı

Azərbaycan, Bakı, 12 fevral /Trend, müxbir İlhamə İsabalayeva/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2015-ci ildə keçiriləcək qəbul imtahanlarının vaxtını açıqlayıb.

Trend-in TQDK-nın saytına istinadən verdiyi məlumata görə, ali məktəblərə daxil olmaq istəyənlər üçün ərizə qəbulu 1 aprel - 30 aprel tarixlərində aparılacaq.

II və III qruplar üzrə qəbul imtahanı (əvvəlki illərin məzunları) 17 may, I və IV qruplar üzrə qəbul imtahanı (əvvəlki illərin məzunları) 24 may, I və IV qruplar üzrə qəbul imtahanı (cari ilin məzunları) 14 iyul, II və III qruplar üzrə qəbul imtahanı (cari ilin məzunları) 25 iyul tarixində keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti